"Turizmdə rəqəmsal texnologiyaların imkanlarından maksimum istifadə ediləcək"


Digərləri 27 Sen 2018 11:08:00 278 0

"Turizmdə rəqəmsal texnologiyaların imkanlarından maksimum istifadə ediləcək"

Dövlət Turizm Agentliyi turizmdə müasir rəqəmsal texnologiyaların imkanlarından maksimum istifadə etməyi planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Ümumdünya Turizm Günü münasibətilə turizm ictimaiyyətinə ünvanlanan təbrikində deyib.

Onun sözlərinə görə, Dövlət Turizm Agentliyi əsas faəliyyətini turizmin daha da inkişafı, yeni və fərqli siyasətin formalaşdırılması, ən uğurlu modellərin ölkəmizə məxsus şəkildə tətbiqi, yeni turizm və infrastruktur layihələrinin, turizm məhsullarının hazırlanması, bütövlükdə bu sahəyə daha yenilikçi yanaşma istiqamətlərində qurub:

"Bu il Ümumdünya Turizm Günü "turizm və rəqəmsal transformasiya" devizi altında qeyd olunur. Əlbəttə, turizm sahəsində mövcud resurslardan daha səmərəli istifadə olunmasında və dayanıqlı nəticələr əldə olunmasında müasir informasiya texnologiyalarının rolu günbəgün artır. Bunu nəzərə alaraq Dövlət Turizm Agentliyi turizmdə müasir rəqəmsal texnologiyaların imkanlarından maksimum istifadə etməyi planlaşdırır".