BMT sosial layihələr üçün blokçeyndən yararlanacaq


Digərləri 27 Sen 2018 08:25:00 224 0

BMT sosial layihələr üçün blokçeyndən yararlanacaq

BMT sosial layihələr üçün blokçeyn texnologiyasından istifadə edəcək. Bu barədə BMT baş katibinin köməkçisi Haolyan Şu bildirib.

"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, onun sözlərinə görə, blokçeyn inkişaf etməkdə olan ölkələrə kömək üçün böyük təsirə malik olacaq texnologiyadır. "Blokçeyn əsaslı gələcək layihələr üçün BMT və "Blockchain Charity Foundation" (BCF) xeyriyyə təşkilatı arasında əməkdaşlıq haqqında razılıq əldə edilib", - o qeyd edib.

Blokçeyndən yardıma ehtiyac duyan ölkələrə kömək üçün necə istifadə ediləcəyi barədə məlumat verilmir. Qeyd olunur ki, "Blockchain Charity Foundation" ianələrin hara yönəldilməsini və onlardan problemlərin həlli üçün istifadə olunub-olunmadığını izləməyə imkan verən platformaya malikdir. BMT-nin bu platformadan istifadə edəcəyi gözlənilir.