Xiaomi Redmi Note 6 Pronun videosu yayıldı VİDEO


Digərləri 27 Sen 2018 07:21:00 275 0

Xiaomi Redmi Note 6 Pronun videosu yayıldı  VİDEO

Bir neçə müddət bundan öncə Xiaomi Redmi Note 6 Pro modeli AliExpress və Giztop kimi online tiicarət saytlarında ortaya çıxmışdı.

Son.az technote.az-a istinadən bildirir ki, lakin şirkət hələ sözügedən smartfon modelini təqdim etməyib. Bugün isə internetdə bu smartfon barəsində bəzi məlumatlar və smartfonun unboxing videosu ortaya çıxıb. Beləliklə Redmi Note 6 Pro smartfonu 6.26 inç Full HD IPS ekranla təchiz olunub və ekranın üzərində çıxıntı hissə yerləşir. Bununla yanaşı smartfon Snapdragon 636 prosessoru, 3/4/6 GB RAM, 32/64 GB daxili yaddaş, 4000 mAh enerji tutumlu batareya, 20 MP + 2 MP ön kamera və 12 MP + 5 MP arxa kamera ilə təchiz olunub. 3 GB RAM və 32 GB daxili yaddaşa sahib versiya 343$, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 379$ qiymətinə satılacaq. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiyanın qiyməti barəsində isə heç bir məlumat yoxdur. Son.az

Videonu izləmək üçün şəklə klikləyin: