Başağrısının səbəbləri


Digərləri 26 Sen 2018 22:56:00 215 0

Başağrısının səbəbləri

Adətən yuxudan oyanandan sonra insan özünü gümrah və dincəlmiş hiss edir. Lakin bəzən bunun əksinə, başağrısı ilə yuxudan oyananlar da olur.

Başağrısı 40-a qədər xəstəliyin əsas simptomu ola bilər. Aparılan müşahidələrə görə, xəstələrin 70 faizi həkimlərə başağrıları ilə əlaqədar müraciət edirlər ki, onların da yaranma səbəblərinin əsasında baş və boyun əzələlərinin gərginliyi durur.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a psixoterapevt Əli Nağıyev məlumat verib: "Əgər baş axşamdan ağrıyırsa və səhər yuxudan qalxanda bu ağrı keçirsə və ya boyunu, damarları ovxalayanda ağrı hissi azalırsa, demək bu, gərginlik mənşəli patologiyadır. Bu problemlərə uzunmüddətli, xroniki hal alan, ağırlıq, başgicəllənmə və ürəkbulanma hissi ilə müşahidə edilən ağrıları da şamil etmək olar. Belə ki, əsasən gərginlikdən yaranan başağrıları başgicəllənməsi ilə müşahidə olunur".