Dərdə şərik olmaq, yoxsa reytinq qazanmaq?


Şou-biznes 26 Sen 2018 22:44:00 284 0

Dərdə şərik olmaq, yoxsa reytinq qazanmaq?

Əməkdar artist Tünzalə Əliyevanın xəstəliyi üzərində şou yaradılması birmənalı qarşılanmır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Televiziyalar evlərimizin daimi qonaqlarıdır. İstəsək də, istəməsək də, bu qonaq hər an qapımızı döyür, hətta yeri gələndə evimizin ən əziz sakininə çevrilir. Ancaq bəzən orda gördüklərimiz bizi çox məyus edir. Bu məyusluq sosial şəbəkələrə ayaq açır, böyüyür, müzakirə olunur və hələ də öz həll yolunu tapmır ki, tapmır... 

Sözümün canı ondadır ki, son zamanlar efirdə, sosial şəbəkədə əməkdar artist, hər zaman pozitiv görməyə alışdığımız Tünzalə Əliyevanın ağlayan və tamaşaçılardan yardım istəyən videoları ilə rastlaşırıq. Həmin görüntülər o videonu izləyən hər kəsin ürəyini parçalayır. Aktrisanın qızına sarılaraq onun necə böyüdüyünü görməyəcəyini, qızı Zəhranın kiçik yaşından anasız qalacağını fəryad etməsi isə təsirsiz ötüşən səhnə deyil. Onu bir ana kimi anlayırıq və yerində olmağı heç istəməzdik. Bu, məsələnin bir tərəfidir. Ancaq efirə tanınmışları dəvət edib, onların zəif damarlarını tutaraq hissləri ilə oynanılmasının nə dərəcədə normal hal olması sosial şəbəkənin əsas gündəminə çevrilib. Aktrisanı hər gün efirə çıxararaq ağladıb, həmkarları tərəfindən ona verilən pulların miqdarının deyilməsi bir aktrisa kimi onun qüruruna təsir etmirmi, obrazları ilə gözümüzdə göylərə qaldırdığımız o aktrisanı birdən-birə ayaqlar altına sərmirmi? Bu mövzu sosial şəbəkələrin gündəmindədir. Aktrisaya haqq qazandıranlar da var, onu qınayanlar da.  Bunun yaxşı və pis tərəfləri var və bilirik ki, sevərək izlədiyimiz komediya aktrisamıza yardım olunur və bu onu az da olsa sevindirir. Onu da bilirik ki, aktrisa belə verilişlərdə daxilən nələr çəkir...