Sülh naminə dünyanı dolaşan velomarafonçu Gəncədə FOTO


Digərləri 26 Sen 2018 21:41:00 267 0

Sülh naminə dünyanı dolaşan velomarafonçu Gəncədə  FOTO

Gürcüstanlı idmançı Rodar Beridze velosipedi ilə sülh naminə dünya səyahətinə çıxıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstanın Tbilisi şəhərindən yola çıxan "Dünya yolu" adlı velomarafon iştirakçısı Gəncəyə gəlib.

O, burada Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları tərəfindən qarşılanıb. Qazaxdan Gəncəyə gələn Rodar Beridzenin sonrakı dayanacağı Ucar rayonu olacaq. Hacıqabul, Bakı, Sumqayıt və Qubaya da səfər etdikdən sonra Dağıstana yola düşəcək. Velomarafon Qafqaz regionunun, ümumilikdə, 26 şəhər və rayonunu əhatə edəcək.


Xəbərə aid fotolar