Uşangi Kokauri: "Dərhal final görüşünə çıxmaq istəyirdim"


Digərləri 26 Sen 2018 20:04:00 247 0

Uşangi Kokauri: "Dərhal final görüşünə çıxmaq istəyirdim"

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında 100 kq-dan yuxarı çəki dərəcəsində gümüş medal qazanan Uşangi Kokauri birifinq keçirib. 

Son.az xəbər verir ki, 26 yaşlı idmançı report-un da suallarını cavablandırıb:

- Hansı hissləri keçirirsiniz? 

- Medal qazandığım üçün şadam. Çoxdandır medalım yox idi. Finala çıxacağımı gözləmirdim. Məşqçimizlə birgə hazırlaşmışdım. Amma finalda nə isə alınmadı. İşləməyə davam edəcəyik.

- Görüşün gedişində rəqibə fənd atdınız. Amma sizə xal verilmədi? Sanki daha sonra yoruldunuz...

- Bəli yoruldum. Sonra isə səhvlərə yol verdim. Nəticədə məğlubiyyətlə üzləşdim.

- Həmin epizodda saxlama fəndini yerinə yetirməyə nə mane oldu?

- Rəqib kifayət qədər güclüdür. Buna görə də saxlama fəndindən çıxa bildi. Onu yaxşı saxlaya bilmədim. O, çevrilməyi bacardı.

- Rəqibinin gürcüstanlı olması çıxışınızda hansısa rol oynadımı? Bu görüşün gedişinə təsir etdimi?

- Açığı, indiyədək onunla üç dəfə qarşılaşmışdım. Aramızda təmiz idman rəqabəti var. Bu idmandır. Biz də mübarizə aparırdıq.