Ölən şagirdin atası: Ölümün səbəbi “Hell” deyilmiş


Digərləri 26 Sen 2018 19:55:00 394 0

Ölən şagirdin atası: Ölümün səbəbi “Hell” deyilmiş

Goranboy rayonunda VIII sinif şagirdi Xəyal Qəhrəmanovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, rayon sakinləri Yeni kənd orta məktəbinin şagirdi olmuş Xəyal Qəhrəmanovun ölümünə "Hell" enerji içkisinin səbəb olduğunu iddia edirlər: 

"Xəyal Qəhrəmanov idmana gedirdi. Onu yarışa girməzdən əvvəl "Hell" içdiyini görüblər. Amma eyni zamanda xəstəliyi də var idi".

Yeni kənd orta məktəbindən isə AzNews.az-a bildirilib ki, Xəyal Qəhrəmanov xəstəxanada müalicə olunub: "Bir müddət xəstəxanada yatdı, tromb (damarlarda əmələ gələn qan laxtası) xəstəsi idi. Onun "Hell" içkisindən dünyasını dəyişməsi inandırıcı deyil. O qədər "Hell" içənlər var ki..."