Roma Papası Estoniyanın elektron vətəndaşı oldu


Dünya 26 Sen 2018 19:56:00 263 0

Roma Papası Estoniyanın elektron vətəndaşı oldu

Roma Papası Fransisk Estoniyaya səfəri zamanı maraqlı hədiyyə alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Tallində ölkə prezidenti Kersti Kalyulayd pontifikə Estoniyanın e-rezidenti xüsusi vəsiqəsini təqdim edib.

I Fransisk Estoniyanın elektron rezidenti adını almış 36 647-ci şəxs olub. Ondan əvvəl, Almaniya kansleri Angela Merkel, Yaponiyanın Baş naziri Sindzo Abe və digər şəxslər Estoniyanın e-rezidenti olub.