Sofiya adlı robot Bakıda "İnnovasiyalar həftəsi"ndə iştirak edəcək


Digərləri 26 Sen 2018 19:26:00 279 0

Sofiya adlı robot Bakıda "İnnovasiyalar həftəsi"ndə iştirak edəcək

Oktyabrın 26-30-da Heydər Əliyev Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə beynəlxalq "İnnovasiyalar həftəsi" keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq Heydər Əliyev Mərkəzinin, nazirliyin, Azərbaycan Kiberidman Federasiyasının nümayəndələri, "Keepface" və "FA International Trade Events" şirkətlərinin rəhbərlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.

"İnnovasiyalar həftəsi" çərçivəsində təşkil olunacaq sərgidə yüksək texnologiyalar sahəsində ən son yeniliklər nümayiş etdiriləcək, forumlar və müsabiqələr keçiriləcək. İştirakçılar həmçinin dünyanın ən inkişaf etmiş süni intellekt hesab olunan Sofiya adlı robotla ünsiyyət qura biləcək.

"FA International Trade Events" şirkətinin rəhbəri Nailə Babayevanın sözlərinə görə, Sofiya 60-dan çox üz ifadəsini təkrar etmək, müsahibi ilə göz əlaqəsi qura bilmək, insanları yadda saxlamaq və dialoqu davam etdirmək qabiliyyətinə malikdir:


Xəbərə aid fotolar