İsveçrə hökuməti Abramoviçə ölkədə yaşamaq icazəsi vermədi


Dünya 26 Sen 2018 18:12:00 226 0

İsveçrə hökuməti Abramoviçə ölkədə yaşamaq icazəsi vermədi

İsveçrə hökuməti yəhudi əsilli rusiyalı iş adamı, İngiltərənin "Çelsi" futbol klubunun prezidenti  Roman Abramoviçə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə verməyib.

Son.az report-a istinadən bildirir ki, buna səbəb kimi milyarder biznesmenin ictimai təhlükəsizliyi təhdid etməsi və ölkənin nüfuzuna xələl gətirməsi göstərilib.

Polisdən bildirilib ki, R.Abramoviç çirkli pulların yuyulmasında və mütəşəkkil cinayətkar qruplaşmalarla əməkdaşlıqda şübhəli bilinir.