Tovuzda 1 qıza təcavüz edən 4 oğlanla bağlı yenidən məhkəməyə müraciət edildi


Digərləri 26 Sen 2018 15:44:00 276 0

Tovuzda 1 qıza təcavüz edən 4 oğlanla bağlı yenidən məhkəməyə müraciət edildi

Tovuz rayonunda 20 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən rayon sakinləri Mürsəl Kərimov, Nemət Rzayev, Kamal Məmmədov və Elməddin Niyazovun cinayət işi üzrə Ali Məhkəməyə müraciət olunub.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, martın 22-də Tovuzun Əyyublu kəndində 20 yaşlı S.Nəsibova (ad şərti verilib) dörd oğlan tərəfindən təcavüzə məruz qalıb.

4 oğlan bir qıza təcavüz etdi

20 yaşlı qızın 4 nəfər həmkəndlisi tərəfindən zorlandığı ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə müraciət edilib. Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və 4 nəfər saxlanılaraq şöbəyə gətirilib.

Tovuz Rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla 2015-ci il martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlum olub ki, qız nənəsigilə gedən zaman Kamal Məmmədov, Elməddin Niyazov, Nemət Rzayev və Mürsəl Kərimovun hücumuna məruz qalıb. Qızı döyə-döyə Kamal adlı şəxsin "Ford" maşınına mindiriblər.

Onlar qızı qəbiristanlığa aparıb və burada onu zorlayıblar. Daha sonra onlar qızı seksual xarakterli əxlaqsız hərəkətlər etməyə məcbur ediblər.

"Əvvəlldən onlarla heç bir tanışlığım olmayıb"

Zərərçəkmiş şəxs qismində ifadə verən S.Nəsibova qeyd edib ki, Kamal Məmmədov, Elməddin Niyazov, Nemət Rzayev və Mürsəl Kərimov onu döyərək zorla maşına mindiriblər: "Onlar məni qəbiristanlığa apardılar, orada mənə qarşı zorakılıq etdilər".

Zərərçəkmiş bildirib ki, əvvəllər onlarla tanışlığım olmayıb: "Onlardan biri məşğələyə gedib-gələrkən mindiyim "Qazel"in sürücüsüdür. Əvvəldən onlarla elə tanışlığı olmayıb. Məni telefonla təhdid edirdilər ki, şəklini çəkmişik, bizimlə danışmalısan və heç kimə deməməlisən".

"Həmin vaxt yağış yağırdı, qız da könüllü mənim maşınınıma mindi"

İstintaq sənədləri ilə məlum olub ki, təqsirləndirilən şəxslərdən biri - Elməddin Niyazov qızın sevgilisi olub. Elməddin Niyazovun iddiasına görə, qız ilə 2014-cü ilin yayından mesajlaşırmış:

"Qız məni çağırdı ki, mərkəzi küçənin ayağına gəl, səninlə görüşmək istəyirəm. Mən də dostum Mürsəlin "Mercedes" markalı maşınını götürərək qızın dediyi yerə getdim. Həmin vaxt yağış yağırdı, qız da könüllü mənim maşınınıma mindi.

Bir qədər gedəndən sonra, kənddən 500 metr aralıda yolda maşın batdı. Dostuma zəng edərək maşının batdığını dedim. Kamal və maşının yiyəsi gəldilər. Biz birlikdə maşını çıxardıq".

"Məni nənəmin evinin yanında düşürün"