Köhnə yol təmir olunandan sonra yenisi pullu olacaq


Digərləri 26 Sen 2018 15:27:00 255 0

Köhnə yol təmir olunandan sonra yenisi pullu olacaq

Xəbər verdiyimiz kimi, bu ilin sonunadək Ələt-Astara yolunun 31-204-cü kilometrinin ödənişli olacağı gözlənilir. Bu barədə məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov qurumun qiymətlə bağlı təklifi olsa da, son sözü Tarif Şurasının deyəcəyini qeyd edib.

Bəs yol ödənişli olduqdan sonra cənub rayonlarına digər alternativ yolun fəaliyyət göstərməsi nəzərdə tutulurmu? Bununla bağlı hazırda hansı işlər görülür?

Son.az xəbər verir ki, qurumun mətbuat katibi Anar Nəcəfli qafqazinfo-nun suallarına cavab olaraq bildirib ki, artıq mövcud yolun təmirinə başlanılıb:

"Yolun Biləsuvar-Salyan hissəsi çox bərbad vəziyyətdə olduğu üçün ilkin işlər həmin ərazidə başlanılıb. Böyük ehtimal ki, il sonu-gələn ilin əvvəlinə kimi həmin yolda yenidənqurma işləri yekunlaşacaq. Bundan başqa, biz dəqiq deyə bilmərik ki, ilin sonundan etibarən ödənişli yolun tətbiqinə başlanılacaq. Alternativ yolun asfalt örtüyü tam olaraq yenilənməmiş bu, nəzərdə tutulmur. İlkin olaraq ödənişli yolda turnikedlər qoyulacaq, buraxılış məntəqələri tikiləcək ki, bu da bizdən vaxt tələb edir. Təqribi olaraq il sonu nəzərdə tutulub. Bu proses mərhələli formada həyata keçiriləcək".