AİB Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu dəyişməz saxlayıb


Digərləri 26 Sen 2018 13:45:00 254 0

AİB Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu dəyişməz saxlayıb

2018-ci ildə Azərbaycan iqtisadiyyatının artımı 1,7 faiz, 2019-cu ildə 2 faiz təşkil edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının hesabatında deyilir.

Bank artımla bağlı proqnozu əvvəlki hesabatla müqayisədə dəyişməyib.

Hesabata əsasən, 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatı 1,3 faiz artıb. Ötən ilin eyni dövründə isə 1,3 faiz azalma qeydə alınmışdı.