Saxta pul hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb


Digərləri 26 Sen 2018 13:04:00 222 0

Saxta pul hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sentyabrın 22-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini İ.Əkbərov həmin gün mağazasına gəlmiş yeniyetmənin ona 100 manatlıq əsginas verərək tütün məmulatı aldığını bildirib.

Bakı. Sentyabrın 22-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini İ.Əkbərov həmin gün mağazasına gəlmiş yeniyetmənin ona 100 manatlıq əsginas verərək tütün məmulatı aldığını bildirib. Sonradan saxta olduğunu aşkar etdiyindən mağazanın sahibi həmin pulu polisə təqdim edib. DİN-dən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla yeniyetməyə həmin pulu iki həmyerlisinin verdiyi, sonuncuların isə qeyd edilən əsginası Rəşad adlı şəxsdən aldıqları müəyyən edilib.