Ənvər 400 dollar verib 160 milyon dollar oğurladı FOTO


Digərləri 26 Sen 2018 12:48:00 242 0

Ənvər 400 dollar verib 160 milyon dollar oğurladı  FOTO

Britaniyanın kriminal elementlər cədvəlinə daha bir ad əlavə olunub. Pakistanlı mühacirlərin övladı Ənvər Əfzan Çoudhari ölkə tarixində ən böyük bank qarətlərindən birini gerçəkləşdirib. O, Britaniyanın müxtəlif banklarındakı yüzlərlə hesabdan toplam olaraq 160 milyon oğurlayıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Skotlənd-Yarddan verilən məlumata görə, Ənvər Fərhan Çoudhari "9-05" adlı mütəşəkkil cinayətkar dəstə yaradaraq iki il yarım ərzində qarətlə məşğul olub.

Britaniya tarixinin ən böyük bank fırıldaqçısına çevrilmiş Ənvər bu minvalla ələ keçirdiyi pulları Birləşmiş Ərəb Əmirlikləri və Pakistandakı 18 bankdakı 189 hesaba yatırıb.

Pollokşirddə yaşayan pakistanlı ailənin övladı 24 yaşına qədər "normal" həyat sürürdü. Daha sonra isə onun yaşamı qəflətən dəyişib.

Ənvər sosial şəbəkələrdəki profillərində lüks maşınlarının fotolarını, dəbdəbəli həyatını əks etdirən görüntüləri paylaşmağa başlayıb.

O, ailəsi üçün Qlazqonun ən bahalı səmtlərindən birində malikanə də alıb.

Daha sonra isə Ənvər onlarla bahalı maşın, o cümlədən Bentley, Range Rover, Rolls-Royce və Lamborghini alıb. Bir qədər də keçib, Qlazqo və Mazervelldə daha 4 malikanə alınıb.


Xəbərə aid fotolar