"Dildə yox, əməldə müəllimim olsaydı..." Əməkdar artistdən müəllimi Mələkxanıma


Şou-biznes 26 Sen 2018 10:59:00 297 0

"Dildə yox, əməldə müəllimim olsaydı..." Əməkdar artistdən müəllimi Mələkxanıma

Əməkdar artist Nigar Şabanova ATV-də yayımlanan "Gündən-günə" verilişinin qonağı olub.  Son.az baku.ws-ə istinadən xəbər verir ki, müğənni bir müddət əvvəl əməkdar artist fəxri adına layiq görüldüyünü, amma universitetdə ona dərs deyən xalq artisti Mələkxanım Əyyubovanın onu təbrik etməməsini dilə gətirib: "İncik düşmüşdüm, amma indi bir önəm daşımır. Dildə yox, əməldə müəllimim olsaydı, birinci növbədə sevinməli idi".  29 yaşlı əməkdar artist daha sonra bunları əlavə edib: "Vallah, ondan bir muğam da öyrənməmişəm. Mən Qəzənfər Abbasovun əziyyətini necə itirim. Universitetdir, Allah canını sağ eləsin, qiymətlərimi yazıb, minnətdaram".

Son.az