Azərbaycanda icbari tibbi sığorta haqqının bu yollarla ödənilməsi təklif edilir
Digərləri 26 Sen 2018 10:57:00 229 0
Azərbaycanda icbari tibbi sığorta haqqının muzdlu işçilər üçün əməkhaqqından faiz tutulmaqla, digər vətəndaşlar üçün illik 120 manat olması təklif edilir.
Bakı. İlhamə İsabalayeva -
Azərbaycanda icbari tibbi sığorta haqqının muzdlu işçilər üçün əməkhaqqından faiz tutulmaqla, digər vətəndaşlar üçün illik 120 manat olması təklif edilir.
Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta Agentliyinin departament rəhbəri Araz Nəsirov deyib.
Onun sözlərinə görə, Avropa ölkələrində icbari tibbi sığorta xidmətinin göstərilməsi üçün işəgötürən və işçilərdən 5 faizdən 15 faizədək icbari tibbi sığorta haqqı tutulur. Azərbaycanda isə ilkin mərhələdə bu vəsaitin 3 faizə (işçi və işəgötürən birlikdə) yaxın olması təklif edilir. Bu vəsaitin 1 faizinin işçinin, 2 faizinin isə işəgötürənin payına düşməsi təklif olunur.
Agentlik rəsmisi əlavə edib ki, vəsaitin 3 faizə yaxın olması səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına, tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılmasına, əmək haqlarının yüksəlməsinə imkan verər.
Mənbə: az.trend.az