Azərbaycan avtomatik top istehsal edib FOTO


Digərləri 26 Sen 2018 10:15:00 236 0

Azərbaycan avtomatik top istehsal edib  FOTO

Müdafiə Sənayesi Nazirliyi avtomatik top odlu silahı istehsal edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, silah avtomatik tezlikdə 500-dən az olmayaraq, yavaş templə isə 300 mərmi atır. 30 millimetrlik avtomatik top "AT30" adlandırılıb.

Silahın çəkisi 115 kiloqram, təpmə qüvvəsi 40-50 kq/gücdür. Topun uzunluğu 3027 millimetrdir.

Silah ilk dəfə olaraq "ADEX-2018" 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə çıxarılıb.


Xəbərə aid fotolar