Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb


Digərləri 26 Sen 2018 10:14:33 275 0

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Sentyabrın 26-dan 27-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Bakı. Samir Əli - Sentyabrın 26-dan 27-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.