Azərbaycan neftinin qiyməti 83 dolları keçib


Digərləri 26 Sen 2018 09:51:00 212 0

Azərbaycan neftinin qiyməti 83 dolları keçib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,35 dollar və yaxud 1,64% artıb.

Son.az report-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 83,56 dollar/barelə bərabər olub.