Ərdoğan Trampla görüşdü


Dünya 26 Sen 2018 09:46:00 222 0

Ərdoğan Trampla görüşdü

BMT Baş Assambleyasının 73-cü sessiyasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidneti Donald Trampla görüşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, görüş barədə Türkiyə Prezidenti Administrasiyasının rəsmisi Fəxrəttin Altun özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, iki lider Baş Assambleya kuluarlarında əl sıxaraq qısa söhbət ediblər.

Bildirilir ki, bu söhbət birinci xanımlar Əminə Ərdoğan və Melaniya Trampın iştirakı ilə olub.