Peruda avtobus uçuruma yuvarlanıb: 21 ölü


Dünya 26 Sen 2018 08:52:00 259 0

Peruda avtobus uçuruma yuvarlanıb: 21 ölü

Perunun avtomobil yollarından birində sərnişin avtobusunun uçurumdan aşağı düşməsi nəticəsində 21 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, əvvəlcə yeddi nəfərin öldüyü xəbər verilib. Avtobus ölkənin cənub-qərbində yerləşən Kusko və Santo-Tomas şəhərləri arasında, Çumbivilkas əyalətində dağ yolundan uçuruma yuvarlanıb. Həmin ərazidə uçurumun hündürlüyü təqribən 300 metr təşkil edib.