Partlamamış hərbi sursat aşkarlanıb FOTO


Digərləri 26 Sen 2018 08:33:00 318 0

Partlamamış hərbi sursat aşkarlanıb  FOTO

Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, dünən saat 18:14-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Şəmkir rayonu, Təzəkənd kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Şəmkir rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar