Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır


Digərləri 26 Sen 2018 08:26:00 281 0

Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır

Yaponiya hökuməti dövlət qulluqçularının əksəriyyətinin evlərində işləməsi üçün şərait yaradılmasına çalışır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu məqsədlə Nazirlər Kabineti yanında "Kasumiqaseki qrupu" adlı xüsusi qrup da yaradılıb. Qrupun adı Tokionun mərkəzində hökumət idarələrinin əksəriyyətinin yerləşdiyi rayonun adından götürülüb.

Əməkdaşların daha çox hissəsinin evdə işləməsi sahəsində ən böyük uğuru İnzibati İşlər və Kommunikasiyalar Nazirliyi qazanıb. Bu nazirliyin əməkdaşlarının 52 faizi evlərində çalışır. Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin əməkdaşlarının isə 40 faizi vəzifələrini evlərində həyata keçirirlər.