Cənubi Koreya əhalisinin 87 faizi Kim Çen Inın Seula mümkün səfərini alqışlayır


Dünya 26 Sen 2018 07:48:00 313 0

Cənubi Koreya əhalisinin 87 faizi Kim Çen Inın Seula mümkün səfərini alqışlayır

Cənubi Koreya əhalisinin böyük əksəriyyəti KXDR lideri Kim Çen Inın Seula mümkün səfərini müsbət qiymətləndirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat KBS telekanalının nümayiş etdirdiyi sosioloji sorğunun nəticələrində öz əksini tapıb. Sorğuya əsasən, cənubluların 83 faizi Pxenyanda keçirilən koreyalararası sammitin nəticələrindən razı qalıb. Rəyi soruşulanların 87 faizi Kim Çen Inın Seula mümkün gəlişini alqışlayır, cəmi 10 faizi bunun əleyhinə çıxır.

Respondentlərin 55 faizi hesab edir ki, sammit sayəsində Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində real imkan yaranıb. Cənubi koreyalıların 39 faizi isə bu fikrə şərik deyil.