Avropa Komissiyası Polşanı məhkəməyə verib


Dünya 26 Sen 2018 01:30:00 226 0

Avropa Komissiyası Polşanı məhkəməyə verib

Avropa Komissiyası Polşada məhkəmə islahatları ilə bağlı bu ölkənin hökumətinə qarşı Avropa Məhkəməsində iddia qaldırmaq qərarına gəlib. Avropa İttifaqının (Aİ) fikrincə, bu dəyişikliklər məhkəmələrin müstəqilliyini pozur.

Aİ-nin İcraiyyə Komissiyasında bildirilib: "Avropa Komissiyası bildirir ki, "Ali Məhkəmə haqqında" Polşa qanunu Aİ qanunvericiliyi ilə bir araya sığmır, çünki o, məhkəmə orqanlarının müstəqillik, o cümlədən hakimlərin ömürlük təyin edilməsi prinsipini pozur".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Polşanın yeni qanunu Ali Məhkəmədə pensiya yaşını 70-dən 65-ə endirir ki, nəticədə fəaliyyətdə olan 72 hakimdən 27-si məcburi istefaya getmək riski ilə qarşılaşır. Ali Məhkəmə rəhbərinin mandatına vaxtından əvvəl xitam veriləcək.

Komissiya Lüksemburqda yerləşən Avropa Məhkəməsindən xahiş edib ki, Avropa Məhkəməsi hakimlərin məcburi pensiyaya çıxmasının və yenilərinin təyin edilməsinin qarşısını alan verdikt çıxarmayınca qanunun tətbiqini dayandırsın.