Makron G7yə alternativ tapacaqları ilə hədələyib


Dünya 25 Sen 2018 23:33:00 270 0

Makron G7yə alternativ tapacaqları ilə hədələyib

Fransa prezidenti Emmanuel Makron G7-yə alternativ tapacaqları ilə hədələyib.

Son.az "Report"a istinadən bildirir ki, o bunu BMT Baş Assambleyasının 73-cü sessiyasında deyib.

"Biz G7-də işləyəcəyik ki, COP21 (Paris İqlim Konfransı) çərçivəsində götürülən öhdəliklər artım istiqamətində yenidən nəzərdən keçirilsin. Əgər üzvlərdən biri davam etmək istəməsə, biz yenə də yeni koalisiyaların, yeni formatların axtarılmasına davam edəcəyik", - deyə Fransa lideri bildirib.

Bundan əlavə, o, birbaşa olaraq ABŞ-ın adını çəkməsə də, Paris sazişinə əməl etməyən iri dövlətlərlə ticarət müqavilələri bağlamamağı təklif edib.