Həzrət Peyğəmbərin İmam Hüseynə məhəbbəti


Digərləri 25 Sen 2018 23:20:00 318 0

Həzrət Peyğəmbərin İmam Hüseynə məhəbbəti

Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) həmişə xüsusi diqqət göstərərdi. Çünki Peyğəmbərin (s) öz əziz nəvələri ilə xüsusi rabitəsi var idi. Nə zaman bu azyaşlı balaları müşahidə etsə idi, onları qucağına alar və çoxlu öpərdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu haqda çox sayda hədis bəyan edilmişdir. İbni Quluyə nəql edir: "İmam Baqir (ə) bəyan etmişdir: "Nə zaman Seyyidi-şühəda (ə) Peyğəmbərin (s) yanına gələrdi, Həzrət qucağını böyük açardı"".

Mühüm nöqtə budur ki, Həzrət (s) harada olursa-olsun, istər qızının evində, istər məsciddə, ya öz evində - nəvəsini görən kimi onu qucağına alar və sevinərdi.

Nəql edilir ki, Həzrət (s) onu qucağına ala bilməyəndə, İmam Əliyə (ə) buyurardı ki, onu gətirib onun qucağına versin...