Onuncu mərtəbədən düşən uşaq xilas edildi VİDEO


Digərləri 25 Sen 2018 22:41:00 297 0

Onuncu mərtəbədən düşən uşaq xilas edildi  VİDEO

Astana sakini yaşayış binasının onuncu mərtəbəsindən yerə düşən altı yaşlı uşağı xilas edib.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə sentyabrın 24-də baş verib.

Uşağı xilas edən 28 yaşlı Artyom Karev həmin binada doqquzuncu mərtəbədə yaşayır. O, səsə eyvana çıxdığını və üst mərtəbədə salanan vəziyyətdə uşağı gördüyünü bildirib. Uşaq aşağı düşəndə, A. Karev onu tuta bilib.

Uşaq xilaskarı ilə söhbət zamanı deyib ki, evdə tək olub və darıxdığı üçün heyətə düşmək istəyib. Qapı bağlı olduğundan ağcaqanad əleyhinə toru kəsərək aşağı düşməyə başlayıb və bu an hadisə baş verib.


Xəbərə aid video