Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” arasında memorandum imzalanıb


Digərləri 25 Sen 2018 22:27:00 280 0

Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” arasında memorandum imzalanıb

Sentyabrın 25-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Bakıda keçirilən "ADEX-2018" üçüncü Beynəlxalq müdafiə sərgisində iştirak edən Türkiyənin "ASELSAN" şirkətinin İdarə Heyətinin sədri-baş direktor Haluk Görgünün başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən Son.az-a bildiriblər ki, görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb.

Haluk Görgün "ADEX-2018" sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.