Qasimin şəhadət hekayəsi


Digərləri 25 Sen 2018 21:40:00 276 0

Qasimin şəhadət hekayəsi

İranın ali dini rəhbəri Həzrət Qasimin (ə) şəhadət hekayəsini zikr etmiş və buyurmuşdur: "Aşura hadisələrindən biri də Qasim ibni Həsənin (ə) şəhadət hadisəsi idi. Qasim ibni Həsən qiyamda iştirak edən kiçik yaşlı cavanlardan idi. Hələ həddi-büluğa çatmamış yeniyetmə idi. Aşura gecəsi İmam (ə) bu hadisənin baş verəcəyini xəbər verən zaman səhabələrinə buyurur ki, çıxıb getsinlər. Ancaq onlar qəbul etmirlər.

Bu 13-14 yaşlı yeniyetmə deyir: "Əmican! Mən də meydanda şəhid olacağam?".

İmam (ə) bu cavanı imtahan etmək istəyir və buyurur: "Əzizim! Sənin nəzərində ölüm necədir?".

Deyir: "Baldan da şirindir!".

İndi ki, Aşura günü gəlib çatır, bu cavan əmisinin yanına gəlir. Orada hədis söyləyənlər olmuşdur ki, belə nəql edirlər: "Elə ki, xeyməyə nəzər saldıq, gördük ki, İmamın (ə) xeyməsindən bir yeniyetmə çıxdı. Üzü on dörd günlük ay kimi parlayırdı. Meydana gəldi və vuruşdu. Zərbə bu cavanın başını yardı. Oğlan üzü üstə torpağa düşdü. Bu zaman fəryad çəkdi: "Əmican!".