İntihar Allahın binasını yıxmaqdır


Digərləri 25 Sen 2018 21:20:00 231 0

İntihar Allahın binasını yıxmaqdır

Qurani-Kərimdə intihar yasaqlayan ayələr var:

- Özünüzü öldürməyin;

- Allah-Taala bəndəsinə onun çəkə bilməyəcəyi yükü yükləməz;

- Sizin üçün xeyirli bildiyiniz bir çox şeylərdə sizin üçün zərərlər, zərərli bildiyiniz şeylərdə də faydalar var;

- Günahınız yerlə göyün arasını dolduracaq qədər olsa belə, Allahın mərhəmətindən ümidinizi kəsməyin...

Cana qıymaq İslamda ən böyük günahlardan biridir. Öz canına qıymaq isə başqasını öldürməkdən daha ağır günahdır. Peyğəmbərimiz Həzrəti Muhamməd intihar etmiş bir səhabənin cənazə namazını qılmayıb.

Son.az yeniavaz.az-a istinadən bildirir ki, Allah-Taala heç bir çiyinə çəkə bilməyəcəyi yükü yükləməz.

İntihar - Allah-Taalanın mərhəmətinə inanmamaqdır, imtahana qarşı dözümsüzlükdür, səbirsizliksir. İstər Quranda, istərsə də hədisi-şəriflərdə elə bir məqam göstərilməyib ki, həmin məqamda intihara bəraət olsun.

Peyğəmbərimiz bir hədisi-şərifində belə buyurur: özünü boğaraq öldürən şəxs cəhənnəm üçün boğmuş olur.

Özünü vuraraq öldürən cəhənnəm üçün vurmuş olur.

Bəzən insan çox ağır, çıxılmaz vəziyyətə düşdüyünü zənn edir, amma unuduruq ki, çıxılmaz hesab etdiyimiz o durum da ötəridir.