Bakıda torpağın qiyməti bahalaşır


Digərləri 25 Sen 2018 20:05:00 322 0

Bakıda torpağın qiyməti bahalaşır

2018-ci ilin avqust ayında Bakıda torpaq bazarında bahalaşma müşahidə olunub. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin avqust ayında Bakıda torpaq bazarında bahalaşma müşahidə olunub. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, bir sot torpağın qiyməti 0.24 faiz artıb və orta hesabla bir sotun qiyməti 22.258 manat təşkil edib. Ekspert bildirib ki, torpaq bazarında bahalaşmaya səbəb tikintinin qismən aktiv olmasıdır.