Biləsuvardakı ovçuluq təsərrüfatında daha 28 partlamamış hərbi sursat aşkarlanıb (FOTO)


Digərləri 25 Sen 2018 19:52:00 234 0

Biləsuvardakı ovçuluq təsərrüfatında daha 28 partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

Bu gün Biləsuvardakı "Mahmudçala" ovçuluq təsərrüfatında 28 partlamamış hərbi sursat aşkarlanıb.

Bakı. Bu gün Biləsuvardakı "Mahmudçala" ovçuluq təsərrüfatında 28 partlamamış hərbi sursat aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.