Jennifer Beni razı saldı


Digərləri 25 Sen 2018 18:36:00 252 0

Jennifer Beni razı saldı

Amerikalı aktyor Ben Affleck 30 gündür ki, reabilitasiya mərkəzində müalicə alır. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 46 yaşlı Hollivud ulduzu alkoqolizmdən əziyyət çəkir. 

Sonuncu dəfə "Playboy" modeli Shauna Sextonla sərxoş vəziyyətdə görüntülənən Ben sağalmaq qərarına gəlib. 

"Us Weekly" jurnalı yazır ki, onu müalicə olunmağa keçmiş xanımı, aktrisa Jennifer Garner razı salıb.  "Bu işi ciddiyə alır. Uşaqlarına görə yenidən alkoqol olmaq istəmir və özünü çox pis hiss edir" - deyə dərgiyə aktyorun dostları bildirib.