Dünya Ürək Günü ilə əlaqədar Bakıda xeyriyyə aksiyaları keçirilir


Digərləri 25 Sen 2018 17:08:00 264 0

Dünya Ürək Günü ilə əlaqədar Bakıda xeyriyyə aksiyaları keçirilir

29 sentyabr - Dünya Ürək Günüdür. Dünya Ürək Federasiyasının təşəbbüsü ilə hər ilin bu günündə müxtəlif aksiyalar, tədbirlər həyata keçirilir. Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti hər il olduğu kimi bu il də silsilə tədbirlərlə Dünya Ürək Gününü qeyd edir.

Bu gün Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvü olan bir qrup həkim və tibb bacısı tərəfindən Şağan qəsəbəsində yerləşən 3 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün internat evində məskunlaşmış uşaqların pediatrik və kardioloji müayinəsi həyata keçirilib. Müayinədən sonra müalicə kursu təyin olunub.

Cəmiyyətdən Son.az-a verilən məlumata görə, Mərkəzi Klinikanın həkim briqadasının təyin etdiyi müalicə kursuna uyğun olaraq KRKA Şirkəti onları lazımi dərman preparatları ilə təmin edib.

AÜDCC sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru, professor Kamran Musayev bildirib ki, mütəmadi olaraq bu cür xeyriyyə aksiyalarını təşkil edilir:


Xəbərə aid fotolar