Vankuver Bakıdan nə öyrənə bilər? FOTO


Digərləri 25 Sen 2018 15:54:00 296 0

Vankuver Bakıdan nə öyrənə bilər?  FOTO

İnternet, şübhəsiz ki, həyatımızı dəyişib. Son günlərdə buna bir daha əmin oldum. Azərbaycan paytaxtı Bakıda səfərdəyəm, amma Vankuverdən jurnalistlər mənə dupleks bölgələrinin mülkiyyət dəyərlərinə təsiri haqda suallar ünvanlayır. Bakı isə qeyri-adi, son illərdə dəyişmiş memarlığa malikdir.

Bakıya 3 səbəbə görə səfər etmişdim.

Artıq 10 ildir ki Toronto şəhərində marka yığıram. Azərbaycan markaları isə məni heyran edib. Bu ölkənin adı da ekzotikdir.

Hələ 2010-cu ildə Şanxay-2010 EXPO sərgisində Azərbaycan povilyonu ilə tanış olmuş, şəhərin necə futuristik memarlığının olduğunu görmüşdüm. Həmin vaxt bu binaların real olduğunu, yoxsa gələcəkdə tikitsinin nəzərdə tutulduğunu. Sonradan öyrəndim ki, bu sadəcə şəkil deyil. Söhbət ölkənin zəngin neft gəlirləri sayəsində tikilmiş real binalardan gedirmiş.

İki il əvvəl isə Bakının yeni illüstrasiyasını gördüm. Şəkildə 3 nəhəng göydələn vardı. Bu dəfə də gördüklərimin real olub-olmadığını müəyyənləşdirmək üçün "Wikipedia"ya baxdım. Bu göydələnlər də real binalar imiş...

Bu 3 bina yalnız gündüzlər deyil, gecə də möhtəşəm görünür. Gecə saatlarında onlar işıq saçır, müxtəlif rənglərə, təsvirlərə bürünür. Bəzən isə onlar üfüqdə nəhəng alova bənzəyir.

Azərbaycandakı bu nəhəng göydələnlərin hündürlüyü Vankuverdəki "Shangri-La" otelinin hündürlüyü qədərdir. Mövzuya aidiyyatı olmasa da, məni bəzi suallar düşündürürdü: görəsən, yerli əhali bu binalar haqda nə düşünür? Onların Bakının landşaftına ziyan vurduğunu düşünürlərmi? Belə göydələnlər ölkənin orta əsr islam tarixinə hörmətsizlik deyilmi? Sən demə, əksinə, əhali şəhərin inkişafı ilə qürur duyur...

Alova ibadət edilən zərdüştlük dini Azərbaycanda min illər ərazində məşhur olub. Bu qüllələr məhz keçmişə olan hörmətin tərənnümüdür.

Bakı bir dönəmdə orta əsr islam şəhərindən varlı neft baronlarının tikdirdiyi gözəl binaların olduğu şəhərə çevrilsə də, sonradan sovet memarlığı ilə darıxdırıcı dövrə qədəm qoyub. Bu gün isə orada qeyri-adi, müasir binalar tikilir.

Bakını gəzən zaman onu Vankuverlə müqayisə etdim. Bakıdakı binalar arasında sanki qeyri-adi əlaqə var. Vankuver əhalisi isə hesab edir ki, yeni duplekslər bir ailəlik evlərin olduğu məhəllələrin xarakterini məhv edə bilər.


Xəbərə aid fotolar