"Canlı qəsr" dağıldı:


Digərləri 25 Sen 2018 13:46:00 256 0

"Canlı qəsr" dağıldı:

İspaniyanın Barselona şəhərində keçirilən ənənəvi "La Merse" bayramında insident yaşanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 11 nəfərdən ibarət "castell" adlı "canlı qəsr" dağılıb, iki nəfər yaralanıb.

"Castell" Kataloniyadakı "La Merse" bayramında iştirakçıların yaratdıqları "canlı qəsr"dir. Kastelyerlər komandası ("colles castelleres") mümkün qədər uca və mürəkkəb "castell" yaratmaq üçün yarışırlar.

Kökü "Moixiganga" adlı dini rəqs ayinlərinə dayanan bu ənənə Tarraqonada yaranıb, Kataloniyanın cənubunda yayılıb.


Xəbərə aid fotolar