Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir


Digərləri 25 Sen 2018 13:25:00 254 0

Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir

Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir.

Bakı. Elçin Mehdiyev – Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, kardioloq-cərrah Rəşad Mahmudov komitənin bu gün keçirilən iclasında deyib. Deputat qeyd edib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci sıradadır.