Yağış yağacaq, hava soyuyacaq - PROQNOZ


Digərləri 25 Sen 2018 13:12:00 231 0

Yağış yağacaq, hava soyuyacaq - PROQNOZ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyi güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.