“Səadət sarayı” yenidən təmir olunur? FOTO


Digərləri 25 Sen 2018 13:01:00 501 0

“Səadət sarayı” yenidən təmir olunur?  FOTO

Uzun illərdir, paytaxtda nikah mərasimlərinin keçirildiyi əsas məkan olan Səadət sarayının yenidən təmirə bağlanması barədə məlumatlar yayılıb.

Son.az xəbər verir ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov qafqazinfo-ya bildirib ki, hazırda sadəcə sarayın fasadında təmir işləri aparılır:

"Sarayın fasadında bəzi memarlıq elementləri qopub düşüb, çatlar əmələ gəlib. Ona görə də sadəcə fasadda bəzi işlər görülür, hər hansı bir güclü təmir-bərpa işləri aparılmır. Artıq işlərin 40%-i yekunlaşıb. Təxmini iki ay ərzində görülən işlər yekunlaşacaq". 


Xəbərə aid fotolar