“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib


Digərləri 25 Sen 2018 12:11:58 181 0

“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

Milli Məclisin deputatları bir sıra təkliflər irəli sürüblər

Milli Məclisdə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Report”un xəbərinə görə, konfransda Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvləri, BMT-nin rezident əlaqələndiricisi Qulam İsaqzai, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Melek Çakmak, eləcə də digər millət vəkilləri və FAO-nun nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları çıxışlarında Azərbaycandakı mövcud vəziyyətdən danışıblar. Onlar ölkədə kənd təsərrüfatı sahəsinin inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, qeyri-neft sektorunun inkişafı ölkə rəhbərliyinin siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Konfransda Milli Məclisin deputatları bir sıra təkliflər irəli sürüblər.