"Hər şeyi İnstaqram korladı"


Şou-biznes 25 Sen 2018 12:06:00 267 0

"Hər şeyi İnstaqram korladı"

Müğənni İzzət Bağırzadə Nail Naiboğlunun "Stop" layihəsinin qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi müsahibə verib, sonra saytları qınayan həmkarlarından danışıb. O bildirib ki, qalmaqal yaradan bütün başlıqların günahkarı elə tanınmışlar özləridir:

"Heç kimin kiminsə şəxsi həyatına qarışmağa ixtiyarı yoxdur. Saytlara müsahibəni verən elə müğənni özüdür. Sən danışanda elə düzgün danış, o sözləri demə. Onlar da həmin sözü götürüb başlıq qoymayacaqlar. İnsan var ki, heç yazının içini oxumur, başlığa baxır və nəticə çıxarır. Çalışıram ki, müsahibə verəndə diqqətli olum, ağzımdan səhv söz tutulmasın".