Bu il elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb (FOTO)


Digərləri 25 Sen 2018 11:54:00 235 0

Bu il elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb (FOTO)

Bu il elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb

Bakı. Ceyhun Ələkbərov - 2018-ci ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsi tərəfindən elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev sentyabrın 25-də Qusarda KİV nümayəndələri üçün nəzərdə tutulan "Gömrük islahatları və modernləşdirilmə" mövzusunda təşkil edilən təlimin açılış mərasimində deyib. O bildirib ki, 2016-cı ildə elektron ticarətdən 19 min, 2017-ci ildə isə 16 min manat yığıldığı halda, 2018-ci ildə elektron ticarətdən 400 min manatdan çox gömrük rüsumu yığılıb.