Bakı London aeroportundan səfər etmək üçün 10 ən maraqlı şəhərdən biri olub


Digərləri 25 Sen 2018 11:27:33 175 0

Bakı London aeroportundan səfər etmək üçün 10 ən maraqlı şəhərdən biri olub

​Bakı Heathrow aeroportundan uçulacaq 10 maraqlı şəhərlər arasında yer alıb

Bakı Böyük Britaniyanın paytaxtı Londonun "Heathrow" beynəlxalq aeroportundan səfər etmək üçün10 məşhur olmayan, ancaq ən maraqlı şəhərlər arasında 4-cü yeri tutub.

“Report” "The Telegraph" nəşrinə istinadən xəbər verir.

Qəzet yazır ki,ötən il Azərbaycan paytaxtındailk "Formula-1" Qran-prisi keçirilib. MüəllifHeydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət Neft Şirkətin (SOCAR baş ofisi (SOCAR Tower) və ölkəninneft-qaz ehtiyatlarını əks etdirənAlov Qülləsi ilə birlikdə BakınıDubaya (BƏƏ) bənzədib, həmçinin restoranlar və dükanlarla əhatə olunmuş kiçik Venesiyanı da turistlər üçün maraqlı olacağını qeyd edib. O,məqalədə şəhəri “Cazibədar və fərqliliklərlə dolu bir şəhər”, “Qədimilik və müasirliyin qarışımı” adlandırıb.