Ağcabədidə zərərvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri aparılır (FOTO)


Digərləri 25 Sen 2018 11:12:00 252 0

Ağcabədidə zərərvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri aparılır (FOTO)

Ağcabədi rayonunda karantin tətbiq edilən zərərvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri davam etdirilir.

Bakı. Ağcabədi rayonunda karantin tətbiq edilən zərərvericilərə və alaq otlarına qarşı kimyəvi mübarizə tədbirləri davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən Trend-ə verilən məlumata görə, Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən əkin sahələrinin alaq otları ilə sirayətlənmə dərəcəsini müəyyənləşdirmək məqsədi ilə karantin tətbiq edilən “Sarı sarmaşıq” və “Tikanlı quşüzümü” alaq otlarına fitosanitar müşahidə və mübarizə tədbirləri həyata keçirilib. Belə ki, “Sarı sarmaşıq” alaq otuna qarşı 60 hektar sahədə müşahidə aparılıb, sirayətlənmə aşkar olunmuş 20 hektar sahədə mexaniki üsulla mübarizə tətbiq edilib. Rayonun Hindarx qəsəbəsində, Hüsülü, Təzəkənd, Qiyaməddinli, Gələbəddin, Qaravəlli, Muğanlı, Sarvanlar və s. kəndləri əhatə edən 170 hektar əkin sahəsində müşahidə aparılıb və 40 hektar sahənin “Tikanlı quşüzümü” (Solanum rostratum Dun.) ilə sirayətləndiyi müəyyən edilib. 10 hektar sahədə isə alaq otu mexaniki üsulla yığılaraq yandırılıb. Həmçinin dövlət büdcəsi hesabına “Dicamba” tərkibli Dicamin SL (Dicamba+2,4 D Amin duzu) (1 L/ha) və “Qlyphosate” tərkibli Herbogliph 480 SL (2L/ha) herbisidi ilə çiləmə üsulu ilə kimyəvi mübarizə tədbirləri aparılıb. Hazırda mexaniki və kimyəvi mübarizə tədbirləri davam etdirilir.