Kapital Bank-ın müştərisi Milana səyahət qazandı


Digərləri 25 Sen 2018 10:58:09 272 0

Kapital Bank-ın müştərisi Milana səyahət qazandı

Kapital Bank, BirKart müştəriləri üçün “Bütün taksitlər Milana aparır” adlı stimullaşdırıcı lotereya keçirib.

Bakı. Kapital Bank, BirKart müştəriləri üçün “Bütün taksitlər Milana aparır” adlı stimullaşdırıcı lotereya keçirib. 24 sentyabr tarixində lotereyanın son tirajı keçirildi və 100 müştəri 50 manat pul, 10 müştəri 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər iPhone X uddu. Bir müştəri isə əsas hədiyyəni – Milana 2 nəfərlik səyahət və 2.000 manat qazandı. Qaliblərin siyahısı saytda qeyd olunub – www.kapitalbank.az/news/milan-475 . Şərtlərə görə 15 may-15 sentyabr 2018-ci il tarixləri arasında partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərdilər. Həyata keçirilən hər taksit əməliyyatı bir şansa bərabər idi.