Komitə sədri: Azərbaycan yoxsulluğun 5 faizdən aşağı endirilməsinə nail olan 29 ölkə sırasında yer alır


Digərləri 25 Sen 2018 10:37:00 271 0

Komitə sədri: Azərbaycan yoxsulluğun 5 faizdən aşağı endirilməsinə nail olan 29 ölkə sırasında yer alır

Azərbaycan yoxsulluğun 5 faizdən aşağı endirilməsinə nail olan 29 ölkə sırasında yer alır.

Bakı. Elçin Mehdiyev – Azərbaycan yoxsulluğun 5 faizdən aşağı endirilməsinə nail olan 29 ölkə sırasında yer alır. Trend-in məlumatına görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bu gün “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Milli Məclisin (MM) rolu” mövzusunda beynəlxalq konfransda deyib. E.İbrahimov bildirib ki, qloballaşmanın intensivləşməsi dünyada yeni çağırışlar doğurur. Onun sözlərinə görə, yeni çağırışlara cavab vermək isə dövlətlər və hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır.