Almaniyanın sağ radikalları populyarlıq qazanır


Dünya 24 Sen 2018 22:59:00 296 0

Almaniyanın sağ radikalları populyarlıq qazanır

Düz bir il əvvəl - 2017-ci il sentyabrın 24-də "Almaniya üçün Alternativ" (AüA) sağ populist partiyası seçkilərdə səslərin 12,6 faizini toplayaraq öz tarixində ilk dəfə olaraq bundestaqa daxil olub. On iki ay keçəndən sonra AüA-nın reytinqi artıq 18 faiz təşkil edir - beləliklə, AüA Almaniya Sosial-Demokrat Partiyasını bir faiz ötərək ölkədə ikinci populyar partiyaya çevrilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu ARD ictimai-hüquqi media şirkətinin sifarişinə əsasən "Infratest dimap" İnstitutunun apardığı növbəti "Deutschlandtrend" sorğusunun nəticələri göstərir. Bununla belə siyahının lideri - AFR kansleri Angela Merkelin XDİ/XSİ bloku 28 faiz toplayıb ki, bu, "ARD-Deutschlandtrend"in 1997-ci ildən bəri keçirdiyi sorğularda mühafizəkarların ən pis göstəricisidir.